Yoxa çıxan qayığın aqibəti bəlli oldu
Gündəm 12 Yanvar 2018 16:22 59 dəfə oxunub
Yoxa çıxan qayığın aqibəti bəlli oldu
400 metr dərinlikdə baş verən partlayışın gücü 6 ton trotil ekvivalentinə bərabər olub

Argentinanın 2 ay əvvəl yoxa çıxan “San-Xuan” sualtı qayığı 40 millisaniyə ərzində baş verən partlayış nəticəsində tamamilə parçalanıb. Avtosfer.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın hərbi-dəniz kəşfiyyatı idarəsindən hesabat yayılıb. Hesabata görə, 400 metr dərinlikdə baş verən partlayışın gücü 6 ton trotil ekvivalentinə bərabər olub. Qeyd edək ki, Argentina Hərbi Dəniz Donanmasına məxsus sualtı qayıq 44 nəfərlik ekipaj üzvü ilə itkin düşüb. 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh