Bakıda 175 nömrəli avtobus marşurutun xətti dəyişib
Gündəm 12 Yanvar 2018 16:32 190 dəfə oxunub
Bakıda 175 nömrəli avtobus marşurutun xətti dəyişib
 Yanvarın 13-dən

Əvvəlcədən məlumat verildiyi kimi, yanvarın 13-dən 175 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə “BakuBus” MMC-yə məxsus müasir avtobuslar xidmət edəcək. Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) sektor müdiri Mais Ağayev deyib. M.Ağayevin sözlərinə görə, hərəkət sxeminə əsasən, 175 nömrəli marşrut xətti üzrə avtobuslar Hövsan qəsəbəsindəki Məktəb küçəsindən deyil, E.Qasımov küçəsindən Səməd Vurğun bağına, eləcə də əks istiqamətdə hərəkət edəcək.

Belə ki, Məktəb küçəsi istiqamətində avtomobil yolu “BakuBus” MMC-yə məxsus iritutumlu avtobusların hərəkəti üçün uyğun hesab edilmir. Məktəb küçəsi istiqamətində sakinlərin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədi ilə 132 nömrəli marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi qeyd edilən ünvana köçürülüb.

 

Emin

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh