Mikroavtobusun aşmasına qadın sürücü səbəb olub – DYP-VİDEO
Gündəm 12 Yanvar 2018 17:14 338 dəfə oxunub
Mikroavtobusun aşmasına qadın sürücü səbəb olub – DYP-VİDEO
Xəstəxanaya müraciət edən sərnişinlərin hamısı evə buraxılıb

Bu gün Bakı-Lənkəran sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində xəstəxanaya yerləşdirilən sərnişinlərin hamısı evə buraxılıb. Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev məlumat verib. O bildirib ki, Lənkəran-Bakı reysi üzrə hərəkət edən, 85 CA 442 dövlət qeydiyyat nömrə nişanlı sərnişin mikroavtobusu rayonun Ürgə kəndi ərazisində hərəkətdə olarkən döngədə qadın sürücünün idarə etdiyi 44 BO 008 dövlət qeydiyyat nömrə nişanlı "KİA" markalı avtomobil onun yoluna çıxıb. Mikroavtobus sürücüsü “KİA”nı vurmamaq üçün maşını sərt şəkildə kənara çəkərkən mikroavtobus aşıb. Nəticədə sərnişinlər yüngül xəsarət alıblar. Bəziləri isə qorxduğu üçün həkimə müraciət edib. Lakin bir neçə saat sonra onların hamısı evə buraxılıb.

Kamran Əliyev bildirib ki, hadisəyə səbəb olan xanım sürücü müayyən edilib, hazırda araşdırmalar davam edir.

 

Elmin

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh