Gəncədə yol qəzasında 3 nəfər yaralandı - Adlar
Qəzalar 13 Yanvar 2018 00:03 151 dəfə oxunub
Gəncədə yol qəzasında 3 nəfər yaralandı - Adlar
“Kamaz” və “VAZ” markalı avtomobillər toqquşub

Gəncədə iki avtomobil toqquşub. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, “Kamaz” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”da olan üç nəfər bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralananlar şəhər sakinləri- 1981-ci il təvəllüdlü Orucov Natiq, 1975-ci il təvəllüdlü Orucov Elşad və 1986-cı il təvəllüdlü Orucov Afiqdir. Onların iki qardaş və əmioğlu olduğu bildirilir. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Orucov Natiqin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

 Yüngül xəsarət alan digər iki şəxs tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

 Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh