Bakıda yeni Nəqliyyat Mübadilə Mərkəzi açılır
Gündəm 13 Yanvar 2018 00:15 166 dəfə oxunub
Bakıda yeni Nəqliyyat Mübadilə Mərkəzi açılır
Bu marşrut xətlərinin son dayanacaq məntəqəsi “Dərnəgül” NMM-nə köçürülüb

Yanvarın 13-ü səhər saatlarından “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərimizin istifadəsinə veriləcək. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Mərkəzindən məlumat verilib. Bununla əlaqədar 100, 108, 123, 134, 147 və 155 (bu xətt yaxın vaxtlarda ləvğ edilərək 108 nömrəli xəttə birləşdiriləcək) saylı marşrut xətlərinin son dayanacaq məntəqəsi “Dərnəgül” NMM-nə köçürülüb. Nəzərdə tutulan fəaliyyət planına uyğun olaraq yaxın vaxtlarda 6, 8, 45 və 71 nömrəli marşrut xətti üzrə də avtobusların “Dərnəgül” NMM-ə hərəkət etməsi təmin olunacaq.

 

Emin

ŞƏRH YAZ
Ad
E-mail
Şərh