Şəmkirdə sürücü sükan arxasında öldü - İnfarkt

Avtoxəbər 13 Yanvar 2018 00:57 Oxunub 1211
Şəmkirdə sürücü sükan arxasında öldü - İnfarkt
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə rayon avtovağzalının yaxınlığında baş verib.

Şəmkir rayonunda yük avtomobilinin sürücü sükan arxasında ölü vəziyyətdə tapılıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayon Avtovağzalının yaxınlığında baş verib. Belə ki, avtovağzalda dayanmış yük avtomobilinin sürücü sükan arxasında ölmüş vəziyyətdə aşkarlanıb. Şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş sürücünün cəsədi müayinə olunmaq üçün ekspertizaya aparılıb. 

İlkin məlumata görə, cəsədin üzərində heç bir zorakılıq əlamətləri olmayıb. Onun ürəktutmadan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh