Ermənistan ordusunun maşını qəza törədib, 3 nəfər yaralanıb
Gündəm 13 Yanvar 2018 00:59 79 dəfə oxunub
Ermənistan ordusunun maşını qəza törədib, 3 nəfər yaralanıb
“Zil-131” markalı avtomobil “Opel” markalı minik maşını ilə toqquşub

Ermənistan ordusuna məxsus avtomobilin törətdiyi qəza nəticəsində 3 nəfər yaralanıb. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə yanvarın 12-də Yerasxavan-Zanqakatun avtomobil yolunda qeydə alınıb. Ermənistan Silahlı Qüvvələrinə məxsus “Zil-131” markalı avtomobil “Opel” markalı minik maşını ilə toqquşub. Yaralılar xəstəxanaya yerləşdirilib. 

Qəzanın səbəbi araşdırılır.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh