Bakıda "Niva" sərxoş piyadanı vurub

Qaydalar 13 Yanvar 2018 02:13 Oxunub 1268
Bakıda "Niva" sərxoş piyadanı vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyada yolda hərəkətdə olan avtomobilin qarşısına yıxılıb

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Hadisə Nərimanov rayonunda, Ziya Bünyadov prospektində qeydə alınıb. Belə ki, 90-PJ-807 dövlət seriyalı, “Niva” markalı avtomobil 1976-cı il təvəllüdlü Fətullayev Zaur Salman oğlunu vurub. Nəticədə o, xəsarət alıb. “Niva”nın sürücüsünün və hadisə şahidlərinin sözlərinə görə, Z.Fətullayev sərxoş vəziyyətdə səkidən yolda hərəkətdə olan avtomobilin qarşısına yıxılıb. Yaralı xəstəxanaya yerləşdirilib.

 

“Report”

ŞƏRH YAZ
Ad

E-mail

Şərh