Yolda ölümlə üzləşənlərin köməyinə yol polisləri gəldi – Təşəkkür aldılar

Yol polisi 15 Yanvar 2018 00:42 Oxunub 2061
Yolda ölümlə üzləşənlərin köməyinə yol polisləri gəldi – Təşəkkür aldılar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polislər sürücü və azyaşlı uşağın həyatını xilas etdiyi üçün vətəndaşlar DİN-ə müraciət ünvanlayıb

Son vaxtlar Azərbaycan polisinin müsbət keyfiyyətlərinin, insanlara göstərdiyi köməkliyin və mənəvi dəstəyin sosial şəbəkələrdə və mediada işıqlandırılması onların işinə müsbət təsir edir. Vətəndaşlar polisdən narazılıqları ilə yanaşı razılıqlarını da Daxili İşlər Nazirliyinə bildirirlər. Avtosfer.az təşəkkür məktublarından bir neçəsini təqdim edir:

Ucar rayon sakini Vahid İbrahimov yazır Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edərək polislərin sayəsində qardaşının sağ qaldığını bildirib. O, buna görə DİN rəhbərliyinə və həmin polislərə təşəkkür edib: “Sumqayıtda yaşayan qardaşım Ucara qonaq gələndə qəfildən səhhətində problem yaranıb. Onu sükan arxasında halsız vəziyyətdə görən polis əməkdaşı vəziyyətin kritik olduğunu nəzərə alaraq qardaşımı öz avtomobili ilə xəstəxanaya çatdırıb. Mənə xəbər çatanda artıq xəta sovuşmuşdu. Əgər polisin köməyi olmasaydı indi qardaşım həyatda olmayacaqdı. Bir insanın həyatını xilas etdiyinə görə həmin polis əməkdaşının timsalında bütün Azərbaycan polisinə minnətdarlığımı bildirirəm”.

Bakı şəhər sakini Samir Manaflı isə yazır ki, allergik nəfəs çatışmazlığından əziyyət çəkən övladını xəstəxanaya çatdırmaq istəyib. Lakin tıxac ucbatından yolda qaldıb: “Həyacan içində qalıb nə edəcəyimi bilmirdim. Onda gördüm ki, bir Yol Patrul Xidməti avtomobili mənə yaxınlaşdı. Onların köməkliyi sayəsində tıxacdan çıxıb övladımı xəstəxanaya çatdıra bildim”.

Bakı şəhər sakini Elşən Həsənov DİN-ə ünvanladığı məktubunda üzləşdiyi problemin tez bir zamanda həllini tapmasına görə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirib.

Astara rayon sakini Müslüm Mustafayev isə yazır ki, yol-nəqliyyat hadisəsi nəticəsində övladı dünyasını dəyişib. O, hadisənin obyektiv araşdırılmasına, zərərçəkmiş şəxs olaraq onlara göstərdiyi səmimi münasibətə görə polis əməkdaşı Fuad Şirinova təşəkkürünü bildirib.

Şəki şəhər sakini Azad Əliyev DİN-ə ünvanladığı məktubunda yazır ki, polisə etdiyi müraciətdən sonra Bəşir adlı şəxs onun maşınını və pulunu geri qaytarıb. Buna görə də o, ŞPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Masallı rayon sakini Aqil Əkbərov DİN-ə göndərdiyi məktubunda Baş Dövlət Yol Polisi İdarəsinin Lənkəran Regional Qeydiyyat və Texniki Baxış Şöbəsinin fəaliyyətindən razılığını bildirib.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh