Sumqayıtda 60 avtobus sürücüsü cəzalandırldı – Üç günlük reyd – VİDEO

Avtoreyd 13 Yanvar 2018 03:16 Oxunub 2008
Sumqayıtda 60 avtobus sürücüsü cəzalandırldı – Üç günlük reyd – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olanların “Ford”ları cərimə meydançasına aparılıb

Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi ilə “Sumqayıt Nəqliyyatı” MMC-nin əməkdaşları Sumqayıtdan Bakıya və əks istiqamətdə qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtobus və mikroavtobus sürücülərini aşkar etmək məqsədilə 3 günlük reyd keçiriblər. Yanvarın 9, 10 və 11-də baş tutan reyd zamanı polisin “saxla” əmrinə tabe olmayan, nəzərdə tutulmayan yerlərdə dayanaraq sərnişin mindirib-düşürən, sənədsiz maşın idarə edən, hətta polisin iradları ilə razılaşmıyan sürücülərə rast gəlinib. Mikroavtobuslardan düşürülən sərnişinlər başqa ictimai nəqliyyat vasitələri ilə yola salınıb.

Üç gün ərzində Sumqayıtın müxtəlif küçə və yollarında keçirilən reyd nəticəsində mumilikdə 60-a yaxın sürücü barəsində protokol tərtib edilib. Saxlanılan “Ford” markalı mikroavtobusların əksəriyyətində əlavə avadanlıqlar quraşdırıldığı üçün cərimə meydançasına aparılıb. 

Bu kimi reydlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulub.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh