Ötən gün yol qəzalarında – 8 yaralı
Gündəm 13 Yanvar 2018 09:51 128 dəfə oxunub
Ötən gün yol qəzalarında – 8 yaralı
Polis axtarışda olan 26 nəfəri saxlayıb

Azərbaycanda ötən gün qeydə alınan cinayətlərin sayı açıqlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, ölkənin daxili işlər orqanları tərəfindən gün ərzində 108 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb.

Axtarışda olduğuna görə 26 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

 

Azərbaycanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh