“Fiat Chrysler” 160 mindən çox avtomobili geri çağırır
Avtoxəbər 13 Yanvar 2018 09:56 199 dəfə oxunub
“Fiat Chrysler” 160 mindən çox avtomobili geri çağırır
Geriçağırma kampaniyası avtomobilin hibrid benzin-elektrik versiyasını əhatə etməyəcək

“Fiat Chrysler Automobiles” şirkəti ABŞ-da 162 mindən çox avtomobili geri çağırmaq niyyətindədir. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, qərar avtomobillərin mühərrikində qeydə alınan qüsurlarla əlaqədardır. Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2017-ci ildə buraxılmış “Chrysler Pacifica” mini-ven tipli modelinə şamil olunur. Bildirilir ki, geriçağırma kampaniyası avtomobilin hibrid benzin-elektrik versiyasını əhatə etməyəcək.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh