Dənizdə həlak olmuş insanlarla bağlı matəm elan edilib
Gündəm 13 Yanvar 2018 10:19 118 dəfə oxunub
Dənizdə həlak olmuş insanlarla bağlı matəm elan edilib
Qayığın qayaya çırpılması nəticəsində 5 nəfər ölüb, 16 nəfər özünü adaya çatdıra bilib

Venesuelanın Falkon ştatının qubernatoru Viktor Klark Karib dənizində qəzaya uğramış qayıqdakı insanların həlak olması ilə bağlı cümə günü üçgünlük matəm elan edib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, qayığın Kyurasao adası yaxınlığında qayaya çırpılması nəticəsində 5 nəfər ölüb, 16 nəfər özünü adaya çatdıra bilib. Qayıqda 30 nəfər olub. Digərlərinin taleyi məlum deyil. Bundan əvvəl Venesuela hökuməti kontrabandçılığın qarşısını almaq və ölkədən malların çıxarılmasına yol verməmək məqsədilə Aruba, Kyurasao və Bonyer adaları ilə bağlı blokada rejimi tətbiq etmişdi.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh