Biləsuvar rayonunda 23 km-lik yol istifadəyə verilib - VİDEO
Gündəm 13 Yanvar 2018 12:32 178 dəfə oxunub
Biləsuvar rayonunda 23 km-lik yol istifadəyə verilib - VİDEO
Hərəkət hissəsinin eni 6 metr olmaqla ümumi yol yatağının eni 10 metr təşkil edir

Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Birinci-On birinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri işləri yekunlaşdırılıb. Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, ümumi uzunluğu 22,6 km olan Birinci-On birinci qəsəbələrarası avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağı enində yenidən qurulub. Burda hərəkət hissəsinin eni 6 metr olmaqla ümumi yol yatağının eni 10 metr təşkil edir.

Tikinti layihəsi çərçivəsində yol boyu zərurui olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb, qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət yeni yol əsası inşa olunub. Daha sonra yol ikiqat olmaqla yeni asfalt-beton örtük döşənib. Ümumilikdə, asfaltlanma işləri 135 min kv. metrlik sahəni əhatə edib.

Bundan başqa, yenidən qurulan yolun üzərində yerləşən 12 avtomobil körpüsü əsaslı şəkildə təmir edilib, yol boyu 12 ədəd müxtəlif diametrli suötürücü borunun təmiri və tikintisi həyata keçirilib.

Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yol boyu 904 ədəd siqnal dirəyi, 220 ədəd isə yol nişanı və məlumatverici lövhə qoyulub, yolun üfüqi nişanlanma xətləri çəkilib.

Qeyd edək ki, Birinci-On birinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri ilə 11 yaşayış məntəqəsinin 18 min əhalisinin gediş-gəlişi rahatlaşıb, yük və sərnişin daşınması isə asanlaşıb.

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh