"Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzinin istifadəyə verilməsi təxirə salınıb
Gündəm 13 Yanvar 2018 12:33 100 dəfə oxunub
"Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzinin istifadəyə verilməsi təxirə salınıb
 Mərkəzin istifadəyə verilməsinin təxirə salınması texniki məsələlərlə bağlıdır

Bakı şəhərində "Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzinin istifadəyə verilməsi gələn həftəyə qədər təxirə salınıb. Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Mərkəzindən məlumat verilib. Məlumatda bildirilir ki, müəyyən texniki məsələlərə görə "Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzi gələn həftə sərnişinlərin istifadəsinə veriləcək. Məlumatda bildirilir ki, müəyyən texniki məsələlərə görə "Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzi gələn həftə sərnişinlərin istifadəsinə veriləcək. Daha öncə qeyd edilmişdi ki, bununla əlaqədar 100, 108, 123, 134, 147 və 155 (bu xətt yaxın vaxtlarda ləvğ edilərək 108 nömrəli xəttə birləşdiriləcək) saylı marşrut xətlərinin son dayanacaq məntəqəsi “Dərnəgül” NMM-nə köçürülüb. Nəzərdə tutulan fəaliyyət planına uyğun olaraq yaxın vaxtlarda isə 6, 8, 45 və 71 nömrəli marşrut xətti üzrə də avtobusların “Dərnəgül” NMM-ə hərəkət etməsi təmin olunacaq.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh