Avtomobildən qanunsuz dərman aşkar edilərək götürülüb
Gündəm 13 Yanvar 2018 17:13 166 dəfə oxunub
Avtomobildən qanunsuz dərman aşkar edilərək götürülüb
Faktla bağlı araşdırma aparılır

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan "Mercedes E220" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb. Bu barədə Avtosfer.az-a DGK-dan məlumat verilib. Həmin şəxs gömrükçülərə üzərində və nəqliyyat vasitəsində gizlədilən, gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetlərin olmadığını bildirib. Lakin nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı avtomobilin oturacağının söykənəcək hissəsinin arxasından, qabaq sağ və sol döşəmələrin altından gizlədilmiş halda ümumi sayı 142 konvalyut - 1 857 ədəd üzərində "Omega 3 Kapseln" yazısı olan balıq yağı dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Emin

ŞƏRH YAZ
Ad
E-mail
Şərh