Qaçırdığı avtomobillə qəza törədən şəxs saxlanılıb
Gündəm 13 Yanvar 2018 17:14 104 dəfə oxunub
Qaçırdığı avtomobillə qəza törədən şəxs saxlanılıb
Araşdırma aparılır

Yanvarın 9-na keçən gecə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə Bakı şəhər sakini Valeh Məsimovun “Chevrolet” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, zərərçəkən şəxs hadisənin 7-ci Alatava yaşayış sahəsində baş verdiyini bildirib. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qeyd edilən avtomobil həmin gün saat 23 radələrində İsmayıllı rayonunun Zərgəran kəndi ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yolun kənarındakı ağaca vurulmuş vəziyyətdə tapılıb. Davam etdirilən tədbirlərlə avtomobili qaçıran şəxs müəyyən edilib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi və Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən Şəki şəhər sakini Seymur Əsgərov saxlanılıb.

Araşdırma aparılır.

 

Fidan

ŞƏRH YAZ
Ad
E-mail
Şərh