Avtomobillə traktor toqquşdu: sürücülər xəsarət alıb - Ağdaşda
Qəzalar 13 Yanvar 2018 17:17 150 dəfə oxunub
Avtomobillə traktor toqquşdu: sürücülər xəsarət alıb - Ağdaşda
Faktla bağlı araşdırma aparılır

Ağdaş rayonunda baş verən yol qəzasında iki nəfər xəsarət alıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Pirəzə kəndi ərazisində qeydə alınıb. Belə ki, Ağdaş sakini Şahin Dünyamin oğlu Ağalarovun idarə etdiyi “ VAZ - 21015” markalı avtomobil rayonun Kotavan kənd sakini Samir Seyidağa oğlu Zakirovun idarə etdiyi “Belarus” markalı qoşqulu traktorla toqquşub. Hadisə nəticəsində hər iki sürücü yüngül xəsarət alıb. “VAZ -21015” markalı avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh