Qayıq çevrildi: 40 məktəbli dənizə düşdü  
Qəzalar 13 Yanvar 2018 17:24 159 dəfə oxunub
Qayıq çevrildi: 40 məktəbli dənizə düşdü  
Qəzanın hansı səbəbdən baş verməsi hələ məlum deyil

Hindistanın qərbində Maxaraştra ştatının Daxanu şəhəri sahillərində qayıq aşıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, qəza nəticəsində azı 4 uşağın öldüyü barədə xəbər verilib. Məlumata görə, insident vaxtı qayıqda 40 uşaq olub, 25 nəfəri xilas etmək mümkün olub. Digər uşaqların taleyi məlum deyil. İtkin düşənlərin tapılması istiqamətində axtarış-xilasetmə işləri davam etdirilir. Qəzanın hansı səbəbdən baş verməsi hələ məlum deyil.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh