Polisləri “zibil” adlandıran Elnarə axtarışa verildi
Gündəm 13 Yanvar 2018 17:34 2583 dəfə oxunub
Polisləri “zibil” adlandıran Elnarə axtarışa verildi
Məsələ ilə bağlı artıq onun yaşadığı ünvana 2 dəfə xəbərdarlıq məktubu göndərilib

Milad bayramı ərəfəsində avtomobili ilə iki polis patrulunu vuran Lvovun azərbaycanlı sakini Elnarə Abiyeva haqqında yeni məlumat yayılıb. Belə ki, Elnarə 4 il ərzində yol hərəkatını pozduğuna və asəsan də onda narkotik keflənmə əlamətləri müşahidə olunduğuna görə 13 protokol tərtib edilib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın TCH telekanalı məlumat yayıb. 26 yaşlı Elnarə, xidməti vəzifəsini yerinə yetirən hüquq-mühafizə orqanı əməkdaşlarına bədən xəsarətləri yetirməkdə şübhəli bilinir. Məsələ ilə bağlı artıq onun yaşadığı ünvana 2 dəfə xəbərdarlıq məktubu göndərilib. Buna baxmayaraq Elnarə polis bölməsinə yaxınlaşmayıb. Gələn həftə ilə E. Abiyeva ilə bağlı yekun qərarın veriləcəyi gözlənilir. Belə ki, o istintaqdan yayınmağa davam etsə, o, axtarışa veriləcək. Bununla yanaşı, qadının Azərbaycana və ya İtaliyaya gedə biləcəyi də istisna olunmur.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh