Marsda təmiz su hövzəsi tapıldı

Maraqlı 13 Yanvar 2018 18:08 Oxunub 1193
Marsda təmiz su hövzəsi tapıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tədqiqatçıların bu haqda məqaləsi "Science" jurnalında dərc olunub

ABŞ Geoloji Xidmətinin alimləri Mars planetinin səthində 1-2 metr dərinlikdə 100 metr qalınlıqlı buz formasında təmiz suyun olduğunu aşkarlayıb. Avtosfer.az Oxu.az-a istinadən verdiyi xəbərə görə, bu tapıntı eroziyaya uğrayan qayalı çıxıntıların şəkillərini çəkən "Mars Reconnaissance Orbiter" planetlərarası stansiyası sayəsində əldə olunub. Tədqiqatçıların bu haqda məqaləsi "Science" jurnalında dərc olunub.

Məlum olduğu kimi, "Qırmızı planetdə" su olsa da, kriosferdə daimi buz şəklindədir, toz, süxurlar və digər maddələrlə qarışıb. Buz şəklində olan su kriosferin 20 faizi təşkil edir. Habelə tədqiqatçılar gələcəkdə kosmonavtların içə biləcəyi donmuş vəziyyətdə olan təmiz su aşkarladıqlarına əmindirlər.

Mütəxəssislər üzə çıxan süxurları CRISM spektroskopu vasitəsi ilə araşdırdıqdan sonra onların tərkibində donmuş suyun olduğunu müəyyən edib. Buzun səth temperaturunu müəyyən edən THEMIS sisteminin məlumatlarına görə, içməli sudan ibarət buz təbəqəsi kifayət qədər qalındır.

 

Bu tapıntı Marsda əvvəllər güman edildiyindən daha çox suyun olduğunu göstərir. Bundan əvvəl alimlər "Qırmızı planetdəki" buzun aşağı təbəqələrdə qeyri-sabit olduğunu və qısa zamanda sublimasiyaya məruz qalaraq, buxara çevrildiyi düşüncəsində idi. Ancaq yaxın təbəqələrdə olan süxurlar buz plastlarının parçalanmasının qarşısını alır. Alimlər üzə çıxmış buz təbəqəsinin əriməsi ilə əlaqədar çıxıntılarda aktiv eroziyanın getdiyini müşahidə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh