Səudiyyə Ərəbistanında qadınlar üçün avtosalon açıldı - VİDEO
Gündəm 13 Yanvar 2018 19:30 163 dəfə oxunub
Səudiyyə Ərəbistanında qadınlar üçün avtosalon açıldı - VİDEO
Qanunə əsasən, qadınlar təkcə maşın sürməyə yox, pilot olmağa da haqq qazanacaqlar

Səudiyyə Ərəbistanın Ciddə şəhərindəki salonlardan birində qadınlar üçün avtomobil sərgisi açılıb. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, bu barədə sərginin təşkilatçısı Şərifə Məhəmməd belə deyir: “Bu avtomobil sərgisi yalnız qadınlar üçündür. Bütün bu ticarət mərkəzi də qadınlar tərəfindən idarə olunur. Bütün işçilər qadınlardır”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının kralı Salman ben Əbdül Əziz Əl Səud 2017-ci ilin sentyabrında qadınların da sürücülük vəsiqəsi ala biləcəyi barədə sərəncam imzalamışdı. Bunu qədər Səudiyyə Ərəbistanı qadınlara maşın sürməyi qadağan edən yeganə ölkə idi.

 

Həmçinin bu ilin mart ayında ölkədə qadınlar üçün sürücülük məktəblərinin də açılması gözlənilir. Qanun isə bu il iyunun 23-də qüvvəyə minəcək. Qanunə əsasən, qadınlar təkcə maşın sürməyə yox, pilot olmağa da haqq qazanacaqlar.

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh