Lənkəranda naməlum şəxs tərəfindən döyülən qadın öldü - FOTO
Gündəm 14 Yanvar 2018 01:04 537 dəfə oxunub
Lənkəranda naməlum şəxs tərəfindən döyülən qadın öldü - FOTO
Qadın xəstəxanaya qapalı kəllə-beyin travması diaqnozu ilə gətirilmişdi

Lənkəran rayonunda anası ilə birgə naməlum şəxs tərəfindən döyülən qadın xəstəxanada dünyasını dəyişib. Hadisə rayonun Liman şəhəri ərazisində baş verib. O, xəstəxanaya qapalı kəllə-beyin travması diaqnozu ilə daxil olub.

***17:44

Lənkəran rayonunda qadın və onun qızı döyülüb.  Hadisə rayonun Liman şəhəri ərazisində baş verib.  Orada yaşayan 1949-cu il təvəllüdlü Qarayeva Humay müxtəlif bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bir qədər sonra isə xəstəxanaya bədənində müxtəlif xəsarətlər olan 1972-ci il təvəllüdlü Miriyeva Samirə adlı qadın da gətirilib. S.Miriyevanın Humay Qarayevanın qızı olduğu bildirilib. İlkin məlumata görə, onları naməlum şəxs döyüb. Ana və qızına qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. 

Faktla bağlı araşdırma aparılır. 

 

Report

ŞƏRH YAZ
Ad
E-mail
Şərh