Helikopter qəzaya uğrayıb - 4 ölü
Qəzalar 14 Yanvar 2018 01:31 151 dəfə oxunub
Helikopter qəzaya uğrayıb - 4 ölü
Hazırda qəzanın başvermə səbəbləri öyrənilir

Hindistanın qərb sahilləri yaxınlığında helicopter qəzaya uğrayıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər  verir ki, qəza baş verən zaman göyərtəsində 7 nəfər olub. Məlumata əsasən, рelikopter havaya qalxdıqdan bir qədər sonra onunla əlaqə kəsilib. Xilasedicilər Mumbay şəhərindən 50 kilometr uzaqlıqda helikopterin qalıqlarını aşkarlayıblar. Artıq qəza nəticəsində 4 nəfərin həlak olduğu təsdiqlənib, 3 nəfərin isə itkin düşdüyü bildirilir.

Hazırda qəzanın başvermə səbəbləri öyrənilir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh