Hacıqabul-Bəhramtəpə-Mincivan yolu yenidən qurulub - VİDEO

Yeniliklər 14 Yanvar 2018 01:32 Oxunub 1255
Hacıqabul-Bəhramtəpə-Mincivan yolu yenidən qurulub - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolda 30 ədəd avtobus dayanacağı quraşdırılıb

Azərbaycanın cənub-qərb magistral avtomobil yolunun tərkib hissəsinə aid olan Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunda təmir işləri yekunlaşıb. Beyləqan və Füzuli rayonlarından keçən yolda tikinti quraşdırma işləri iki hissədən ibarət olmaqla həyata keçirilib. Yenidənqurma işləri çərçivəsində yol boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Ümumilikdə yolun 500 min kvadratmetrdən çox hissəsinə ikiqat olmaqla 12 sm. qalınlığında asfalt-beton örtüyü döşənib. Yenidən qurulan 2 hərəkət zolaqlı yolun hərəkət hissələrinin hər birinin eni 4 metr olmaqla yol yatağının ümumi eni 12 metr təşkil edir.

Bundan başqa, yenidən qurulan yolun üzərində yerləşən 9 ədəd 2 aşırımlı, uzunluqları 24-36 metr olan avtomobil körpülərinin əsaslı şəkildə təmiri də yekunlaşdırılıb. Təmir işləri çərçivəsində körpünün hərəkət hissələrinin eni 10-12 metrə qədər genişləndirilib. Bu isə öz növbəsində nəqliyyat vasitələrinin yol boyu rahat və maneəsiz hərəkətini təmin edib.

Layihəyə uyğun olaraq yol boyu 38 ədəd müxtəlif diametrli suötürücü borunun təmiri və tikintisi həyata keçirilib və 30 ədəd avtobus dayanacağı quraşdırılıb. Hərəkətin normal təşkili üçün yol boyu 2 710 ədəd siqnal dirəkləri, 515 ədəd yol nişanı və məlumatverici lövhə qoyulub, yolun üfüqi nişanlanma xətləri çəkilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh