Sumqayıtda zolağın üzərində piyadanı maşın vurub, sürücü qaçıb

Qaydalar 14 Yanvar 2018 01:35 Oxunub 1247
Sumqayıtda zolağın üzərində piyadanı maşın vurub, sürücü qaçıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəstə ağır kəllə-beyin travması alıb və sağ qolu sınıb

Sumqayıtda piyada vurulması ilə nəticələnən yol qəzası olub. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə şəhərin mərkəzi küçələrindən birində baş verib. Belə ki, Sumqayıt şəhər sakini 1969-cu il təvəllüdlü Nizami Şahmərdan Oğlu İmanov piyadalar üçün nəzərdə tutulmuş zolaqla yolu keçmək istəyərkən, qarşı tərəfdən gələn naməlum avtomobil tərəfindın vurulub. Hadisədən sonra sürücü qaçıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, xəstə ağır kəllə-beyin travması alıb və sağ qolu sınıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh