Göldə buz bağlamış timsahların donu açılmağa başlayıb - VİDEO

Maraqlı 14 Yanvar 2018 01:39 Oxunub 4304
Göldə buz bağlamış timsahların donu açılmağa başlayıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yırtıcılar öz adi həyat tərzlərinə geri qayıdırlar

ABŞ-ın Şimali Karolina ştatında yerləşən göldə buz bağlamış alliqatorların donu açılmağa başlayıb və onlardan bəziləri artıq suyun üzünə çıxıblar. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, Corc Hovard qoruğu rəhbərinin sözlərinə görə, sürünənlər bədən temperaturunu nizamlaya və maddələr mübadiləsini yubandıraraq mühit şərtlərinə uyğunlaşa bilirlər. Hava normallaşdıqca, heyvanlar da öz adi həyat tərzlərinə geri qayıdırdar. Ekspertlərin sözlərinə görə, alliqatorlar instinktiv olaraq gölün nə zaman donmalı olduğunu bilirlər, onlar burunlarını suyun altından bayıra çıxarırlar və onun havada qalan hissəsinin buz bağlamasına şərait yaradırlar.

Timsahlar bu şəkildə havaların istiləşməsini gözləyirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh