Bakıda qanunları və piyadaları saymayan sürücü var - FOTO

Xəbərlər 14 Yanvar 2018 10:05 Oxunub 1691
Bakıda qanunları və piyadaları saymayan sürücü var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyada keçidinin üstündə maşın park etməyin sürücü mədəniyyətinə çox dəxli var

Oxuculardan biri dayanma-durma qaydalarını kobud şəkildə pozaraq avtomobili piyada keçidinin üstündə park edən sürücünün əməlinin fotosounu Avtosfer.az-a göndərib. Oxucu bildirir ki, hadisə dünən Yasamal rayonu, Şərifzadə küçəsində baş verib. Sürücü “Toyota” markalı, 10 KK 520 dövlət nömrə nişanlı avtomobili düz piyada keçidinin üstündə park edib. Bu azmış kimi, sürücünün maşını “protiv” park etməsi də fotodan aydın görünür. Diqqət etsəniz görəcəksiniz ki, sürücünün dayandığı istiqamətdə digər avtomobillər üzü o yanadır, elə piyada keçidi yol nişanı da təsdiq edir ki, sürücü hərəkətin əksinə gedərək maşını orada park edib.

Avtomobilin dövlət nömrə nişanında da problem var, çip yerində deyil.

Ola bilsin ki, sürücü “protiv” getdiyi üçün piyada keçidi nişanını arxadan görə bilməyib(?). Bəs, o boyda zebranı da görmək çətin imiş?

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh