Tbilisi aeroportunun fəaliyyəti bərpa olunub
Gündəm 14 Yanvar 2018 09:06 78 dəfə oxunub
Tbilisi aeroportunun fəaliyyəti bərpa olunub
Bakı-Tbilisi reysini yerinə yetirən təyyarəsi cədvəl üzrə saat 23:10-da Tbilisi hava limanına enib

Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanının fəaliyyəti bərpa olunub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına əsasən, aeroportda uçuşlar plan üzrə qəbul olunub, yola salınır. “Buta Airways” şirkətinin Bakı-Tbilisi reysini yerinə yetirən təyyarəsi cədvəl üzrə saat 23:10-da Tbilisi hava limanına enib. Qeyd edək ki, qatı duman səbəbindən axşam saatlarında Tbilisi aeroportunda reyslərin yerinə yetirilməsi ilə bağlı ləngimələr yaranmış, bir neçə aviareys isə ləğv olunmuşdur.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh