"VAZ" aşdı: yaralanan var
Qəzalar 14 Yanvar 2018 09:11 128 dəfə oxunub
"VAZ" aşdı: yaralanan var
Xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər

Paytaxtda yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda "VAZ" markalı minik avtomobili yol qəzası nəticəsində yol kənarına aşıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh