Motosiklet partladıldı: 8 yaralı
Gündəm 14 Yanvar 2018 09:33 83 dəfə oxunub
Motosiklet partladıldı: 8 yaralı
Hadisə araşdırılır

Albaniyanın Şkodet şəhərində törədilən partlayış nəticəsində 8 nəfər yaralanıb, onlardan 3 nəfərin vəziyyəti ağırdır, xəsarət alanlar arasında Monteneqro dövlət televiziyasının əməkdaşı da var. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, motosikletə bərkidilmiş partlayıcı qurğu şəhərin mərkəzində Serbiya-Monteneqro milli azlıqların ofisi qarşısında işə salınıb. Albaniya polisinin versiyasına görə, hücumun hədəfi yerli sahibkar Lülzim Kula olub.  

 

 

Hadisə araşdırılır. 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh