“Boeing” nəhəng yük qaldıran dronunu təqdim etdi – VİDEO

Texnologiya 14 Yanvar 2018 10:55 Oxunub 1620
“Boeing” nəhəng yük qaldıran dronunu təqdim etdi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dron Missuridəki araşdırma laboratoriyasında edilən ilk uçuş testi isə uğurla tamamlanıb

Böyük aviasiya şirkəti olan “Boeing” yüksək yükdaşıma qabiliyyətinə sahib olan nəhəng karqo dronunu təqdim edib. Avtosfer.az A24.az-a istinadən xəbər verir ki, 230 kq yük daşıma qabiliyyətinə sahib olan nəhəng dron gələcəyin müstəqil uçan təyyarəsi olacaq. Bu dronun “Boeing” mühəndisləri tərəfindən hazırlanması və həyata keçirilməsi prosesi 3 ay davam edib. “Boeing”in Missuridəki araşdırma laboratoriyasında edilən ilk uçuş testi isə uğurla tamamlanıb. Elektrikli sürüşmə sistemi ilə işləyən CAV prototipi səkkiz motorun köməyi ilə dikinə uça bilir. Dronun uzunluğunun 4,57 metr, həcminin 5,49 fit, eni 1,22 metr və ağırlığının 339 kq olması açıqlansa da, digər şeylər haqqında məlumat verilməyib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh