Dəmiryolu vağzalı təxliyə edildi
Gündəm 14 Yanvar 2018 09:33 51 dəfə oxunub
Dəmiryolu vağzalı təxliyə edildi
Vağzalın ərazisindən 10 min insan təxliyə edilib

Qazaxıstanın Alma-Ata şəhərində Alma-Ata-1 dəmiryolu vağzalında şübhəli qutu aşkar edilib. Avtosfer.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə terrorizmə qarşı mübarizə üzrə şəhər operativ qərargahının rəsmi nümayəndəsi Santanat Azirbek bildirib.

S.Azirbek bildirib: "Dəmiryolu vağzalının gözləmə zalında şübhəli qutu tapılıb. Dərhal şəhərin bütün fövqəladə xidmətlərinə məlumat verilib. İlk növbədə, vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində ilkin reaksiya tədbirlər görülüb".

Onun sözlərinə görə, vağzalın ərazisindən 10 min insan təxliyə edilib.

 

"Şübhəli qutunun içində təhlükəli və qadağan edilmiş heç bir şey aşkar edilməyib", - rəsmi nümayəndə bildirib. 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh