Yanacaqdoldurma məntəqəsini ildırım vurdu - FOTO
Gündəm 14 Yanvar 2018 10:37 74 dəfə oxunub
Yanacaqdoldurma məntəqəsini ildırım vurdu - FOTO
Hadisə nəticəsində xəsarət alan olmayıb

Türkiyənin Antalya şəhərində yanacaqdoldurma məntəqəsini ildırım vurub. Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində güclü yanğın başlayıb. Hadisə günüz saatlarında olub. Türkiyə mətbuatının yazdığına görə, yanacaqdoldurma məntəqəsində avtomobillər benzin dolduran zaman ildırım çaxıb. İldırım yanacaqdolduran avtomobil və benzin bakının üstünə düşüb. Nəticədə güclü partlayış və yanğın olub. Yanacaqdoldurma məntəqəsində çalışanlar və ətrafda olan insanlar alovu söndürməyə çalışıblar. Az sonra əraziyə yanğınsöndürənlər də cəlb olunub. Ərazi boşaldılıb və yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin bir neçə avtomobil yararsız hala düşüb. 

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh