Neftçiləri daşıyan vertolyot dənizə düşdü: 5 ölüb
Qəzalar 14 Yanvar 2018 14:42 67 dəfə oxunub
Neftçiləri daşıyan vertolyot dənizə düşdü: 5 ölüb
Vertolyot suya 60 metr hündürlükdən çırpılıb

Hindistanda yerli Neft və təbii qaz komissiyasının üzvlərini daşıyan vertolyotun qəzaya uğraması nəticəsində azı 5 nəfər ölüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə yanvarın 13-ü səhər saatlarında baş verib. Göyərtəsində 7 nəfərin, o cümlədən 5 neftçinin olduğu hava gəmisi Hindistanın qərb sahillərində qəzaya uğrayıb.

Vertolyotla əlaqə uçuşdan bir qədər sonra kəsilib. Hava gəmisi Ərəb dənizində yerləşən neft quyularından birinə gedirmiş. Elə həmin gün xilasedicilər Mumbaydan 50 km məsafədə, suda vertolyotun qalıqlarını tapıblar. Xilasetmə işləri davam etdirilir.

 

Qəzanın bütün səbəblərinin müəyyən edilməsi üçün araşdırma aparılır. Xilasedicilərin məlumatına görə, vertolyot suya 60 metr hündürlükdən düşüb. 

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh