İki avtomobil toqquşdu: sürücülər xəsarət alıb - Daşkəsəndə
Qəzalar 14 Yanvar 2018 14:43 77 dəfə oxunub
İki avtomobil toqquşdu: sürücülər xəsarət alıb - Daşkəsəndə
 Hər iki yaralının vəziyyəti normaldır

Daşkəsən şəhərində 2 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması zamanı ikinci maşın zərbənin gücündən yol kənarına aşıb. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. Bunlar 1989-cu il təvəllüdlü Göygöl rayon sakini İsmayılov Seymur İsa oğlu və 1994-cü il təvəllüdlü Daşkəsən rayon sakini Həsənov İsmət Vasif oğludur. Hər iki yaralının vəziyyəti normaldır. Həmçinin avtomobillərə ciddi ziyan dəyib. Hazırda ərazidə DYP əməkdaşları tərəfindən qəzanın dəqiq baş vermə səbəbləri araşdırılır. 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh