49 yaşlı kişi velosiped oğurlayarkən tutuldu
Gündəm 14 Yanvar 2018 15:05 167 dəfə oxunub
49 yaşlı kişi velosiped oğurlayarkən tutuldu
Faktla bağlı araşdırma aparılır

Sumqayıtda oğurluğa cəhd olub. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, dünən gecə saat 03:30 radələrində Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 5-ci yaşayış massivində yerləşən C.Süleymanovaya məxsus evdən bir ədəd kombi və bir ədəd velosiped oğurlayıb qaçarkən, qəsəbə sakini əvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Musayev Cəlal Hidayət oğlu polis tərəfindən yaxalanıb.

O, ərazi üzrə Polis Bölməsinə təhvil verilib.

 

Faktla bağlı Sumqayıt ŞPİ-nin 2-ci PB-də araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh