Biznesmenin avtomobilini partladıldı
Gündəm 14 Yanvar 2018 15:06 131 dəfə oxunub
Biznesmenin avtomobilini partladıldı
Yaralı şəxs xəstəxanaya yerləşdirilib

Qazaxıstanda iş adamına sui-qəsd cəhdi olub, şəxsi minik avtomobili partladılıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə yanvarın 13-də Almata vilayətinin Yenbekşikazax rayonunun Aşısay kəndində baş verib. Yerli biznesmenlərdən birinə məxsus "Leksus" markalı minik avtomobilinin altına yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində bir nəfər yaralanıb. Qəlbə yarası alan şəxs biznesmen yox, onun 23 yaşlı sürücüsü olub. Yaralı şəxs xəstəxanaya yerləşdirilib.  

ŞƏRH YAZ
Ad
E-mail
Şərh