Bahalı avtomobilləri daşıyan TIR qəzaya uğradı

Avtoxəbər 25 Dekabr 2014 13:44 Oxunub 2885
Bahalı avtomobilləri daşıyan TIR qəzaya uğradı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə bu gün baş verib; qəzanın səbəbləri araşdırılır

Bu gün Bakı şəhərinin Qaradağ rayonu ərazisində, Bakı-Ələt magistralında minik avtomobillərini daşıyan TIR qəzaya uğrayıb. Avtosfer.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, Qobustan qəsəbəsində yük maşınının yəl kənarındakı divarlara çırpılması nəticəsində yedəkdəki maşınlardan biri yolun hərəkət hissəsinə düşüb. Digər maşınlara da ciddi ziyan dəyib. Bildirilir ki, qəzaya uğrayan TIR Türkiyənin dövlət qeydiyyat nişanı ilə hərəkət edirmiş. Yedəkdə olan maşınların hamısı "Hyundai SantaFE" markalı minik avtomobilləri olub.

Qəzanın səbəbləri araşdırılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh