90-lıq yolda 70-lə radara düşə bilərsiniz – DİQQƏT-VİDEO

Yazarlar 15 Yanvar 2018 00:19 Oxunub 3092
90-lıq yolda 70-lə radara düşə bilərsiniz – DİQQƏT-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin ərazidə qeydə alınmış protokollara xitam verilməlidir

Müşviqabad-Qızıldaş yolunun 90 km/saat sürət olan hissəsində (üzü Müşviqabad qəsəbəsi istiqamətində) Dövlət Yol Polisinin 70 km/saat sürətə uyğunlaşdırılmış stasionar radarı quraşdırılıb. Bir neçə sürücü haqlı olaraq həmin radarın iş rejimindən şikayətlənirdi. Avtosfer.az saytının əməkdaşı yanvarın 12-də qeyd etdiyimiz yolun 28-ci kilometrinə baxış keçirərək çəkiliş aparıb. Çəkiliş zamanı məlum olub ki, yolda sürəti bildirən 70 nişanı var, lakin bu nişan radarın yaxınlığındakı yolayrıcında qüvvəsini itirir. Həmin yol isə yaşayış məntəqəsindən kənar yol olduğu üçün,yola qoyulan 70 nişanı yolayrıcında qüvvəsini itirərək hərəkət sürəti avtomatik olaraq 90 km/saat sürətə qalxır. Bu səbəbdən də radarın iş rejimini 70 km/saat sürətə yox, 90 km/saat sürətə uyğunlaşdırmaq lazımdır. Həmin kilometrdə qeydə alınmış protokollar isə xitam olunmalıdır.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh