Bakıda «avtoş» «Kamaz» sürücüsünə 25 sutka həbs verildi - FOTO

Avtoxəbər 25 Dekabr 2014 14:58 Oxunub 1809
Bakıda «avtoş» «Kamaz» sürücüsünə 25 sutka həbs verildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü yol polislərinin həyatına təhlükə yaradaraq Bayraq Meydanına qədər qaça bilib

Bakıda avtoxuliqanlıq edən, yol polislərinə tabe olmayaraq qaçan, həmçinin, polis əməkdaşlarının həyatına təhlükə yaradan «Kamaz» markalı, 54 AC 578 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü Yusif Abasqulu oğlu Mehdiyev həbs olunub. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, «Kamaz»ın sürücüsü Əziz Əliyev küçəsində «hərəkət qadağandır» nişanının təsir zonasına daxil olduğu üçün saxlama işarəsi verilib. Lakin sürücü avtomobili saxlamadan hərəkəti davam etdirib: «Həmin sürücünün saxlamaq cəhdi baş tutmadığı üçün o, Bayraq Meydanına qədər sərbəst hərəkət edib. Lakin Dövlət Yol Polisi əməkdaşları Bayraq Meydanı yaxınlığında süni sıxlıq yaradaraq maşını dayandıra biliblər. Həmin sürücü və toplanmış materiallar Səbail rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücüyə 25 sutka inzibati həbs cəzası verilib. Bundan başqa, məhkəmə Yusif Mehdiyevin 1 il müddətinə sürücülük hüququndan məhrum edilməsi barədə də qərar çıxarıb».

Vaqif Əsədov bildirib ki, həmin sürücü polisin qanuni tələbini yerinə yetirməməklə yanaşı, xidmətdə olan polis əməkdaşlarının həyatına dəfələrlə təhlükə yaradıb. Bundan əlavə, o, sürət həddini aşaraq təhlükəli manevrlər etməklə avtoxuliqanlıq əməllərinə də yol verib: «Təsəvvür edin ki, sürücü yol polislərinin həyatına təhlükə yarada-yarada Əziz Əliyev küçəsi kəsişməsindən Bayraq Meydanına qədər qaça bilib».

Məhkəmə zamanı Yusif Mehdiyev avtoxuliqanlıq etməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu deyib.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh