Bakıda 40 minlik yol qəzası

Gündəm 25 Dekabr 2014 15:25 Oxunub 1459
Bakıda 40 minlik yol qəzası
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Binəqədi rayonunda körpünü dağıdan qəzası ilə bağlı rəsmi məlumat yayıldıl

Bu gün səhər saatlarında Bakının Binəqədi rayonunda körpünü dağıdan yol qəzası ilə bağlı rəsmi məlumat yayılıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Biləcəridə baş verən yol qəzasında yol təsərrüfatına 40 min manata yaxın ziyan dəyib. Qəza nəticəsində maşın aşıb. Sürücüsü xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib. Hadisə Biləcəri qəsəbəsində, körpünün girəcəyində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən "Shagman" marklı yük maşını körpüdən keçərkən ilişib. Maşın körpünü dağıda-dağıda bir neçə metr gedib və aşıb. Nəticədə yük maşınında olan qum və çınqıl yola dağılıb. Yolda tıxac yaranıb. Hazırda hadisə yerində yol polisi araşdırma aparır.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh