Yol qəzaları azalıb, protokollar çoxalıb - Nazir 

Yol polisi 15 Yanvar 2018 14:00 Oxunub 1443
Yol qəzaları azalıb, protokollar çoxalıb - Nazir 
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ötən il Azərbaycanda sürücülərə 3 milyon 481 min protokol yazılıb

“Azərbaycanda ötən il piyadaların vurulması faktları da daxil olmaqla 18 min 132 yol-nəqliyyat hadisəsi aşkarlanıb, axtarışda olan 84 avtomobil saxlanılıb”. Avtosfer.az-ın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin 2017-ci ilin yekunlarına həsr edilən geniş kollegiya iclasında nazir Ramil Usubov deyib. Məruzədə artıq beşinci ildir ki, yol-nəqliyyat hadisələrinin dinamikasında, qəzalarda ölən və xəsarət alanların sayında nəzərəçarpan azalmanın müşahidə olunduğu diqqətə çatdırılıb. Bildirilib ki, yol hərəkəti qaydaları əleyhinə olan hüquqpozmaların aşkarlanması hesabat dövründə 17,6 faiz artaraq 3.365.417 inzibati xəta təşkil edib. Bütövlükdə, müxtəlif inzibati xətalara görə respublika üzrə 2016-cı illə müqayisədə 17,2 faiz çox və ya 3.481.458 protokol tərtib edilib. 

Nazir qeyd edib ki, “Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 624 cinayət açılıb. Ramil Usubov bildirib ki, hüquqazidd əməllərdən zərər çəkənlərin qanuni mənafelərinin müdafiəsində və ədalətin bərpasında mühüm əhəmiyyət kəsb edən cinayətə görə məsuliyyətin labüdlüyünün təmin edilməsi üzrə fəaliyyət də nəzarətdə saxlanılıb, məhkəmə, istintaq və təhqiqat orqanlarından yayınan 3415 nəfər və ya müqayisə edilən dövrə nisbətdə 13 faiz çox təqsirləndirilən şəxs tutulub.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh