Yol polisinin “BMW"-ləri bu vəziyyətdə satışa çıxarılır – 5200 manata - FOTO

Yol polisi 15 Yanvar 2018 14:44 Oxunub 24191
Yol polisinin “BMW"-ləri bu vəziyyətdə satışa çıxarılır – 5200 manata - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daxili İşlər Nazirliyinə aid 2007-ci il model “BMW-320”lərin 7-sı satışa çıxarılıb

Fevralın 13-də hərraca çıxarılacaq avtomobillər açıqlanıb. Əmlak Məsələləri Dövlət Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, növbəti əmlak hərracında dövlət qurumlarına aid 11 avtomobil iştirak edəcək. Avtomobillərdən 7-si Daxili İşlər Nazirliyinə aid 2007-ci il model “BMW-320” avtomobilləridir. Başlanğıc qiymət 5200 manatdan başlayır. 2 “QAZ-31105” avtomobili hərraca 1800 manat başlanğıc qiymətlə çıxarılacaq. Bundan əlavə, Nazirliyinə aid "Mercedes Benz Daimler" mikroavtobusunun ilkin hərrac qiyməti 1500 manat, “Azəralüminium” ASC-yə aid "PAZ-4234" avtomobilin qiyməti isə 6300 manatdan başlayır. Daha ətraflı məlumat əldə etmək istəyənlər bu linkə daxil ola bilərlər.

http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=3326

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh