"Formula 1" yarışlarının təşkilində dəyişiklik olub

Yarışma 15 Yanvar 2018 16:53 Oxunub 1296
"Formula 1" yarışlarının təşkilində dəyişiklik olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu gün keçirilən tədbirdə jurnalistlərə yeniliklər haqqında məlumat verilib

Bakıda "Formula 1" Azərbaycan Qran Prisinin keçirilməsinə bir neçə ay qalıb. Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Halqası yarışa tam gücü ilə hazırlaşır. Hər il olduğu kimi bu il də Bakı şəhərində keçiriləcək yarışı izləmək və işıqlandırmaq üçün həm yerli, həm xarici media nümayəndələri qeydiyyatdan keçməlidir. Bu gün keçirilən tədbirdə jurnalistlərə yeniliklər haqqında məlumat verilib və 31 yanvar 17:00-a kimi yerli media nümayəndələrinin blankları doldurub göndərmələri xahiş olunub. Tədbirdə qeyd edilib ki, yarış bu il aprel ayında keçiriləcəyi üçün əyləncə proqramında dəyişiklik olunub. Belə ki, aprel ayı olduğundan havanın isti olmamasını nəzərə alaraq konsert proqramları qapalı ərazidə keçiriləcək.

Keçən ay media nümayəndələri üçün "Sürətin nəbzini tut" adlı təlim keçirilmişdi. Bu təlimin yekunu olaraq iştirak edən aktiv jurnalistlərə sertifikatlar təqdim olunub.

 

Qeyd edək ki, Sputnik Azərbaycan-ın əməkdaşı da bu təlimdə iştirak edib və sertifikata layiq görülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh