Aygun Kazimova Bakının mərkəzində qayda pozdu – VİDEO

Avtoreyd 16 Yanvar 2018 11:13 Oxunub 5317
Aygun Kazimova Bakının mərkəzində qayda pozdu – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xalq artisti 99 DT 999 nömrəli “Camaro” ilə Qız qalasının yanında...

Xalq artisti Aygün Kazımova idarə etdiyi bahalı avtomobillə Bakıda yol hərəkəti qaydalarını pozub. Avtosfer.az-ın kamerasına tuş gələn xalq artisti “Shevrolet-Camaro” markalı, 99 DT 999 dövlət nömrə nişanlı avtomobillə yanvarın 13-də, gecə saat 23.20 radələrində Neftçilər prostepktində dayanma-durma qaydalarını pozub. Aygün Kazımova maşını Qız qalasının qarşısında – qadağan olunmuş ərazidə park edib. Düzdür, həmin ərazidə başqa avtomobillər də park edilib və bu da yoldan keçən digər avtomobillərin hərəkətinə əngəl törədib. Lakin başqalarından fərqli olaraq, Aygün Kazımova xalq artistidir. O, digərlərinə bənzəmədən yaxşı nümunə göstərməlidir. Görünür, Aygün xanım ya qadağa nişanını görməyib, ya da “gecə yarısı qayda pozmaq olar” fikri ilə maşını orada park edib.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh