Qaradağda hadisə baş verdi – Polislər jurnalisti hadisə yerindən qovdu - VİDEO

Avtosfer TV 16 Yanvar 2018 02:38 Oxunub 2022
Qaradağda hadisə baş verdi – Polislər jurnalisti hadisə yerindən qovdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis əməkdaşları ona qarşı kobudluq edərək hadisə yerindən qovublar

Bu gün gecə saat 1 radələrində Bakı-Ələt yolunun 17-ci kilometrində yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın əməkdaşı həmin vaxtı hadisə yerindən keçərkən avtomobilini saxlayaraq məlumat almaq istədikdə ona yaxınlaşan Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları ərazini tərk etməyi tələb ediblər. Əməkdaşımız vəsiqəsini təqdim edərək jurnalist oldugunu bildirib və hadisə yerində çəkiliş aparmadan sadəcə yol-nəqliyyat hadisəsinin məlumatlarını öyrənmək istəyib. Polis əməkdaşları isə ona qarşı kobudluq edərək hadisə yerindən qovublar.

“KİV haqqında” qanunun 35-ci maddəsində qeyd olunub ki, jurnalistin informasiya axtarmaq, toplamaq, seçmək və yaymaq hüququ var.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh