DYP-dən daha bir səhv addım - FOTOLAR

Xəbərlər 26 Dekabr 2014 07:18 Oxunub 6437
DYP-dən daha bir səhv addım - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
99 FZ 601 dövlət nömrə nişanlı maşının sahibinə 501-in radarı göndərilib

Avtosfer.az-ın daimi oxucularından biri İdrak Mustafayev saytımıza maraqlı fotolar göndərib. Oxucu bildirir ki, Baş Dövlət Yol Polisi İlarəsindən «VAZ» markalı, 99 FZ 601 dövlət nömrə nişanlı avtomobilin sahibinə radar cəriməsi ilə bağlı məktub gəlib. Məktubda qayda pozuntusuna dair inzibati protokol və fotomateriallar var. Lakin fotolarda başqa maşın əksini tapıb. Belə ki, 601 nömrə nişanlı avtomobilin sahibinə göndərilən radar cəriməsindəki foto 99 FZ 501 dövlət nömrə nişanlı avtomobilə məxsusdur. Yəni, qayda pozan 501 nömrəli avtomobil olduğu halda, cərimə 601 nömrəli maşının sahibinə göndərilib.

Avtosfer.az bildirir ki, bu halda protokol ya ləğv olunmalıdır, ya da məktubu alan sürücü Dövlət Yol Polisi İdarəsinə yaxınlaşıb müvafiq məlumat verdikdən sonra məsələ aydınlaşdırılır və protokol qayda pozan sürücüyə yönəldilir.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh