Piyadavurmaya qarşı belə rəsmlərdən istifadə oluna bilərmi? - FOTO

Yazarlar 16 Yanvar 2018 12:40 Oxunub 1301
Piyadavurmaya qarşı belə rəsmlərdən istifadə oluna bilərmi? - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elməddin Muradlı: "Yol hərəkətinin təşkilində bu cür fərqli yanaşmaları ilk dəfə yaponlar tətbiq edib"
"Dünya təcrübəsində yol hərəkəti qaydalarına tətbiq edilən kreativ ideyaları ölkəmizdə reallaşdırmaq tezdir”. Bunu sherg.az-a xarici ölkələrdə piyadaların vurulmasının, yüksək sürət həddinin qarşısının alınması məqsədilə 3D rəsmlərdən istifadə olunmasından danışarkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı deyib. O vurğulayıb ki, sürücülərin düşüncəsini dəyişməsək, bu cür kreativ ideyaları tətbiq etmək fayda verməyəcək:
 
"Artıq qonşu Gürcüstanda və Türkiyədə 3D rəsmlərdən istifadə olunur. Yol hərəkəti qaydalarının təşkilində bu cür fərqli yanaşmaları ilk dəfə yaponlar tətbiq edib. Səsli, lazerli işıqforlarla başlayan ənənə 3D rəsmlərə qədər gəlib çıxıb. 3D rəsmlərin çəkilməsi böyük maliyyə də tələb etmir, bunu bacaran könüllülərin sayəsində də həyata keçirmək olar.
Lakin insanların təfəkkürünü dəyişməyənə qədər bu vasitələr sürücülərə çox az təsir edəcək. Çünki yol hərəkəti təhlükəsizliyi ilk olaraq, insanın özündən, cəmiyyətə münasibətindən başlayır. Bizim insanlar isə özünü, bahalı maşınını düşünür, hadisə baş verdikdə isə hər şeyi dərk etsə də, gec olur. Məsələn, məmur uşaqları öz bahalı maşını, pulu, yaxınlarının vəzifəsi ilə öyünür, düşünür ki, ona heç nə olmayacaq. Amma nəticə fərqlidir. Onların valideynlərinə də problem yaranır, cəmiyyətdə nüfuzu itir, həbsə düşürlər və s. Maşın nə qədər baha olsa da, idarə edən şəxsin "kimliyini” bir saniyədə göstərir”.
 

 
ŞƏRH YAZ
Ad

E-mail

Şərh