Yol polisindən narazı sürücülərə cavab – “Cərimə düzgün yazılıb” - FOTO

Yol polisi 16 Yanvar 2018 13:08 Oxunub 3145
Yol polisindən narazı sürücülərə cavab – “Cərimə düzgün yazılıb” - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Dayanma-durma qaydasını pozduqları üçün cərimə haqlı olaraq yazılıb”

Dünən bir neçə sürücü "Yeniavaz.com" saytına müraciət edərək bildirib ki, alış-veriş etmək məqsədi ilə “Binə” ticarət mərkəzinə gediblər. Lakin avtomobili ticarət mərkəzinin duracağında yox, hasarının yanında - yoldan kənarda saxlayıblar. Geri qayıdanda məlum olub ki, yol polisi avtomobillərin fotosunu çəkib cərimə yazıb. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov məsələyə münasibət bildirərkən deyib ki, həmin ərazidə avtomobillər yoldan xeyli kənarda dayandığı üçün onlara cərimə yazmaq deyil.

Baş Dövlət Yol Polisi İdarəsi də bu gün məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Bakının Qaradağ rayonu ərazisində dayanma-durma qaydalarının pozulmasına görə barəsində inzibati xəta haqqında protokoltərtib edilmiş sürücünün müraciəti ilə əlaqədar bildiririk ki, “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən  “yol çiyini” anlayışı yolun hərəkət hissəsində hərəkətin kənar zolağı və ya kənar zolaqları, yaxud velosiped zolaqları müəyyən nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulduqda, digər yol istifadəçiləri üçün yolun qalan hissəsinin kənarıdır. Qanunun 52-ci maddəsində isə qeyd olunur ki, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Bu şəraitdə də nizamlama vasitələrində konkret olaraq göstəriş nəzərdə tutulduğuna, yəni ərazidə dayanmanı qadağan edən 3.27 yol nişanı mövcud olduğuna görə nəqliyyat vasitələrinin həmin yol çiynində nəinki durması, dayanması da qadağan edilir. O ki, qaldı yol çiyinin ölçüsünə, məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında 11 sentyabr 2015-ci il tarixli, 298 nömrəli Qərarına müvafiq olaraq bu ölçülər respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində, yerli əhəmiyyətli avtomobil yollarında isə yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində müəyyən edilib.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh